ABŞ millisinin keçmiş futbolçusu Tim Hovard yığma komandanın yeni baş məşqçisi Maurisio Poçettinonu “tiki-taka”nın qurbanı olmamağa çağırıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, amerikalı keçmiş qapıçı, Pep Qvardiolanın oyun tərzinin hər kəsə uyğun olmadığını bildirib:
“Pep Qvardiola futbolu məhv etdi. Hər kəsə hakim futbol oynaya biləcəklərini düşündürdü.
Amma bu doğru deyil. Bütün dünyada bunu həqiqətən də yaxşı bacaran yalnız üç komanda var”.
Poçettino bir neçə həftə əvvəl ABŞ millisinin “sükanı arxasına” keçib. Argentinalı çalışdırıcı komandanı 2026-cı ildə keçiriləcək dünya çempionatına hazırlayacaq.