"Liverpul"un sabiq futbolçusu Martin Şkrtel bundan sonra funksioner kimi fəaliyyət göstərəcək.
Sportinfo.az xəbər verir ki, slovakiyalı veteran müdafiəçi ölkəsində çalışacaq.
39 yaşlı keçmiş futbolçu "DAK 1904"ün idman direktoru təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Zirə" Konfrans Liqasının II təsnifat mərhələsində "DAK 1904"ü mübarizədən kənarlaşdırmışdı.