Argentina millisinin keçmiş futbolçusu Xuan Roman Rikelme Lionel Messinin 2026-cı il dünya çempionatında iştirak edəcəyinə inanır.
Sportinfo.az “Goal.com”-a istinadən xəbər verir ki, argentinalı sabiq futbolçu, Messinin hələ də yaxşı olduğunu bildirib:
“Onun nəyə qadir olduğunu heç vaxt bilmirsən. Əminəm ki, Lionel 2026-cı il dünya çempionatında oynayacaq.
Hamımız onu Argentina millisində görmək istəyirik. Leo hələ də yaxşıdır və yarışmağı sevir.
Messi artıq hər şeyi qazanıb, amma dayanmaq istəmir”.
Növbəti dünya çempionatı 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikanın futbol meydanlarında baş tutacaq. Dünya kubokunun son sahibi Argentinadır.