COP29

“Onu almaq istəyirdik, lakin danışıqlar zamanı gözlənilməz hadisə baş verdi”

13 Sentyabr 21:40 Dünya futbolu 481
“Onu almaq istəyirdik, lakin danışıqlar zamanı gözlənilməz hadisə baş verdi”

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun rəhbəri Xalid Əl-İssa Vinisius Junioru almağa çalışdıqlarını təsdiqləyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, klub prezidenti yayda Vinisiusu almaq istədiklərini bildirib:

“Biz “Real”dan Vinisiusu almaq istəyirdik, lakin danışıqlar zamanı gözlənilməz hadisə baş verdi.

Səudiyyə Ərəbistanından olan bəzi oyunçular təqaüd proqramına uyğun olaraq getdilər və hücumçu Əl-Braykan da getməli oldu.

Bundan sonra prioritetimiz ön plana keçdi. Biz Viktor Osimhen və İvan Toni ilə bağlı danışıqlara başladıq. Nəticədə, Toni bizə gəldi”.

Mətbuat yayda “Əl-Əhli”nin Vinisius üçün 1 milyard avro ödəyə biləcəyini yazmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?