COP29

Ronaldo ulduzu yenicə parlayan hansı gəncləri “Qızıl top”a favorit görür? - VİDEO

12 Sentyabr 12:00 Dünya futbolu 845
Ronaldo ulduzu yenicə parlayan hansı gəncləri “Qızıl top”a favorit görür? - VİDEO

Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo qarşıdakı mövsümlərdə “Qızıl top” mükafatı üzrə kimləri əsas favorit hesab etdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, forvard bu barədə “Mançester Yunayted”dən keçmiş komanda yoldaşı Rio Ferdinandla yutub kanalında söhbətində bəhs edib.

Ronaldonun “Real Madrid”in ulduzu Vinisus Juniorun adını çəkməməsi müzakirələrə səbəb olub.

“Mbappe yaxın bir neçə il ərzində “Qızıl top”u qazana bilər. Bəlkə də Haaland və Bellinqem. Həmçinin Lamin Yamal”, - Ronaldo bildirib.

Ferdinand isə “Həmçinin Vinisius”, - deyə əlavə edib.

Daha sonra Kriştiano sözlərinə belə davam edib:

“Düşünürəm ki,yeni nəslin çox böyük potensialı var, amma məncə, Mbappe çox yaxşı işlər görəcək.

O, “Real”da daha da yaxşı olacaq. Klub əla və güclü struktura malikdir.

Onların uzun illər bu vəzifədə olan böyük məşqçisi və prezidenti var.

Mbappenin heç bir çətinlik çəkəcəyini düşünmürəm. O, istedadlıdır və bacardığı hər şeyi göstərib”.

Ronaldo 5 dəfə “Qızıl top” mükafatının sahibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?