COP29

Təqvimdə boş yer tapılmadı - “Finalissima” bu tarixdə keçiriləcək

12 Sentyabr 10:20 Dünya futbolu 439
Təqvimdə boş yer tapılmadı - “Finalissima” bu tarixdə keçiriləcək

Avropa çempionu İspaniya və Amerika Kubokunun qalibi Argentina milliləri arasında baş tutacaq “Finalissima” matçının tarixi dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə idman jurnalisti Qaston Edul məlumat yayıb.

Onun sözlərinə görə, 2025-ci ilin təqvimində boş yer olmadığından görüşün 2026-cı ildə keçirilməsi planlaşdırılıb.

İspaniya və Argentina sonuncu dəfə 2018-ci ilin martında yoldaşlıq görüşündə qarşılaşıb və ispanlar 6:1 hesabı ilə böyükhesablı qələbə qazanıblar.

“Finalissima” UEFA və Cənubi Amerika Futbol Konfederasiyası arasında 2028-ci ilə qədər müddəti olan memorandum çərçivəsində keçirilir.

İlk “Finalissima” 2022-ci ildə baş tutub. Argentina yığması İtaliyanı 3:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?