COP29

“Görünür, uduzmağımızın vaxtı çatıb, hamı bizi məğlub etmək istəyir”

12 Sentyabr 01:40 Dünya futbolu 558
“Görünür, uduzmağımızın vaxtı çatıb, hamı bizi məğlub etmək istəyir”

Argentina millisinin yarımmüdafiəçisi Rodriqo de Paul 2026-cı il dünya çempionatının seçmə mərhələsində Kolumbiyaya 1:2 hesablı məğlubiyyətindən sonra mətbuata açıqlama verib.

Sportinfo.az millinin mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı futbolçu bu nəticəni qəbul etdiklərini bildirib:

“Məğlub olmaq futbolun bir hissəsidir. Bəzən qalib gəlirsən, bəzən də uduzursan.

Son beş ildə Argentina millisi cəmi üç məğlubiyyət alıb. Görünür, uduzmağımızın vaxtı çatıb.

Hamı bizi məğlub etmək istəyir, bu, normaldır. Biz bu nəticəni qəbul edirik və irəliləyirik”.

Məğlubiyyətə baxmayaraq, Argentina millisi 18 xalla turnir cədvəlində 1-ci yeri tutmaqda davam edir. Kolumbiya yığması 16 xal toplayıb və 2-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi
21 Dekabr 03:40 Komitədə yeni təyinatlar