“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo millidə mümkün çalışması ilə bağlı sualı cavablandırıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Mənim məqsədim “Fənərbaxça”da uğur qazanmaqdır. Klub mənim burada uzun müddət qalmağımı istəyir.
Əvvəllər milli komandalardan mənə təkliflər olsa da, rədd etdim. Ayda bir-iki oyun, oyunçuların oyunlarına səyahət, turnirləri gözləmək…
Bu, məni sevindirəcək bir iş deyil. İndi çox enerjim var.
Ola bilsin ki, bir gün qocalanda və yorulanda milli komandaya rəhbərlik edəcəm, amma o an hələ gəlməyib”.
61 yaşlı mütəxəssis cari mövsüm başlamazdan əvvəl Türkiyə klubu ilə müqavilə bağlayıb.