COP29

“Millinin belə oyun göstərib xal itirməyə haqqı yoxdur”

11 Sentyabr 18:40 Dünya futbolu 250
“Millinin belə oyun göstərib xal itirməyə haqqı yoxdur”

Vinisius Junior 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Paraqvay yığmasına minimal hesablı məğlubiyyətini (0:1) şərh edib.

Sportinfo.az “Globo Esporte”-yə istinadən xəbər verir ki, braziliyalı futbolçu vəziyyətin nəyin bahasına olursa olsun, düzəldilməli olduğunu bildirib:

“İndi düşmüş olduğumuz vəziyyəti başa düşürük. Vəziyyət nəyin bahasına olursa olsun, düzəldilməlidir.

Braziliya millisinin belə oyun göstərib xal itirməyə haqqı yoxdur. Komanda hazırda çətin anlardadır.

Bütün tənqidləri üzərimizə götürüb tez bir zamanda özümüzə gəlmək lazımdır. Braziliya birinci yerdə olmalıdır”.

Braziliya millisi keçirdiyi 8 oyundan sonra 10 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?