Millətlər Liqasında 2024/2025 mövsümünə start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə A, C və D liqalarında ümumilikdə 9 oyun keçirilib.C
Liqasının 1-ci qrupunda yer alan Azərbaycan millisi İsveçi qəbul edib və 1:3 hesabı ilə məğlub olub. Bu qrupun digər görüşündə Slovakiya səfərdə Estoniyaya 1:0 hesabı ilə qalib gəlib.
Son Avropa çempionu İspaniya Serbiyaya ilə bərabərə qalıb - 0:0.
San-Marino yığması 20 ildən sonra qələbə qazanıb.Komanda buna UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı keçirdiyi oyunda nail olub.
"Stadio Olimpico di Serravalle"də baş tutan görüş San-Marinonun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ev sahiblərinin heyətində 53-cü dəqiqədə Niko Sensoli fərqlənib.
San-Marino komandası son qələbəsini 20 il əvvəl elə Lixtenşteyn üzərində qazanıb - 1:0.
Liqası
1-ci qrup
Portuqaliya - Xorvatiya - 2:1
Qollar: Dalot, 7, Ronaldo, 34 - Dalot, 41-avtoqol
Şotlandiya - Polşa - 2:3
Qollar: Qilmour, 46, Maktominay, 76 - Szumanski, 8, Levandovski, 44-pen. Zalevski, 90+7-pen.
4-cü qrup
Danimarka - İsveçrə - 2:0
Qollar: Dorgu, 82, Hoyberq, 90+2
Qırmızı vərəqələr: Elvedi, 52, Xaka, 87 (hər ikisi İsveçrə)
Serbiya - İspaniya - 0:0
C Liqası
1-ci qrup
Azərbaycan - İsveç - 1:3
Qollar: Renat Dadaşov, 81 - Aleksandr İsak, 65, Aleksandr İsak, 71, Viktor Qyökeres, 80
Estoniya - Slovakiya - 0:1
Qol: Suslov, 70
3-cü qrup
Belarus - Bolqarıstan - 0:0
Şimali İrlandiya - Lüksemburq - 2:0
Qollar: Maknair, 11, Ballard, 17
D Liqası
1-ci qrup
San-Marino - Lixtenşteyn - 1:0
Qol: Sensoli, 53