COP29

“Mən daha ba məşqçinin rəhbərliyi altında oynamaq istəmirəm!”

6 Sentyabr 18:40 Dünya futbolu 432
“Mən daha ba məşqçinin rəhbərliyi altında oynamaq istəmirəm!”

Niderland millisinin baş məşqçisi Ronald Kuman bir neçə gün əvvəl 26 yaşında Səudiyyə Ərəbistanına gedən Stiven Berqveyn üçün yığma komandanın qapılarının bağlı olduğunu açıqlamışdı.

Sportinfo.az “CentreGoals”-a istinadən xəbər verir ki, “Əl-İttihad”ın yeni oyunçusu niderlandlı mütəxəssisin sözlərinə cavab verib:

“Mən daha bu məşqçinin rəhbərliyi altında oynamaq istəmirəm! Məni mediaya ifşa edən birinin rəhbərliyi altında oynamayacam.

Zəng vurub əhvalatı mənim tərəfimdən dinləyə bilərdi. Mənimlə danışmadan necə belə şeylər deyə bilər?”

Stiven Berqveyn əvvəllər Avropada PSV, “Tottenhem” və “Ayaks”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti