COP29

“Siz unikalsız, həm meydanda, həm də meydandan kənarda!” - Messi təşəkkür etdi

4 Sentyabr 22:00 Dünya futbolu 426
“Siz unikalsız, həm meydanda, həm də meydandan kənarda!” - Messi təşəkkür etdi

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi komanda yoldaşı Luis Suaresin Uruqvay yığmasındakı karyerasını bitirmək qərarına münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Siz unikalsız, həm meydanda, həm də meydandan kənarda! Mən sizə çox təşəkkür edirəm”.

Suares sentyabrın 6-da, 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində millinin heyətində son oyununu Paraqvay yığmasına qarşı keçirəcək.

O, 2007-ci ildən Uruqvay millisində çıxış edir. 37 yaşlı forvard ümumilikdə milli komandanın heyətində 142 oyun keçirib və 69 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var