COP29

“Biz əmin olmalıyıq ki, Messi tam sağlamdır”

31 Avqust 21:40 Dünya futbolu 371
“Biz əmin olmalıyıq ki, Messi tam sağlamdır”

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino Amerika kubokunda zədələnən hücumçu Lionel Messinin sağalmasından danışıb.

Sportinfo.az “goal”-a istinadən xəbər verir ki, argentinalı çalışdırıcı Messinin getdikcə yaxşılaşdığını bildirib:

“Son həftələrdə Leo klubun həkimlərinin nəzarəti altında topla işləyirdi. O, komanda ilə işləməkdə getdikcə yaxşılaşır.

Onun zədəsinin sağalması təxminən 6 həftə çəkir, ona görə də, sakit qalmalıdır. Biz əmin olmalıyıq ki, Messi tam sağlamdır”.

36 yaşlı argentinalı futbolçu ötən yay Amerika klubuna keçib. Onun müqaviləsi 2025-ci ilin sonuna kimi nəzərdə tutulub.

Digər Xəbərlər
Xəbər Lenti