COP29

ÇL-də hamıdan çox qol vuran Ronaldo mükafat aldı - FOTOLAR

31 Avqust 01:30 Dünya futbolu 745
ÇL-də hamıdan çox qol vuran Ronaldo mükafat aldı - FOTOLAR

Portuqaliya millisinin və “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqası tarixinin ən yaxşı bombardiri kimi UEFA-dan xüsusi mükafat alıb.

Sportinfo.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Yarışın bütün zamanların ən çox qol vuran oyunçusu olduğum üçün bu mükafatı almaqdan şərəf duyuram. Bu proses boyu mənə verdiyiniz bütün dəstəyə görə təşəkkür edirəm!”, - forvard bildirib.

Mükafatı avqustun 29-da Monakoda keçiriləcək yeni yarışın püşkatma mərasimi zamanı UEFA prezidenti Aleksander Çeferin təqdim edib.

Bundan başqa İtaliyalı qapıçı Canluici Buffon da mükafata layiq görülüb.

Ronaldo Çempionlar Liqasında 183 oyun keçirib, 140 qol vurub. Siyahıda növbəti pillədə Lionel Messi qərarlaşıb, o, Ronaldodan 11 top geri qalır. Robert Levandovski Kriştianodan 46 qol az olmaqla üçüncü yerdədir.

Portuqaliyalı forvard İngiltərənin “Mançester Yunayted” (1) və İspaniyanın “Real Madrid” klublarında UEFA Çempionlar Liqasının qalibi olub. O, 1992-ci ildən bəri yarış tarixində beş dəfə çempionluq qazanan ilk futbolçudur.

Ronaldo eyni zamanda indiyə qədər üç fərqli finalda qol vuran yeganə oyunçudur (2008, 2014, 2017). O, həmçinin bir mövsümdə ən çox fərqlənən futbolçudur (2013/2014, 17 qol).






Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var