COP29

“Dünyanın TOP klublarından təkliflər gəlirdi, amma… Bu, çox şeydən xəbər verir”

29 Avqust 18:20 Dünya futbolu 290
“Dünyanın TOP klublarından təkliflər gəlirdi, amma… Bu, çox şeydən xəbər verir”

İtaliya millisinin sabiq qapıçısı Canluici Buffon UEFA pezidentinin mükafatına layiq görülüb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb.

46 yaşlı keçmiş qolkiper üstün nailiyyətləri, bacarığı və nümunəvi şəxsi keyfiyyətlərinə görə mükafatlandırılıb.

Mükafat Buffona avqustun 29-u keçiriləcək tədbirdə təqdim ediləcək.

UEFA-nın prezidenti Aleksander Çeferin Buffonun mükafatlandırılması haqqında danışıb:

“Buffona dünyanın TOP klublarından təkliflər gəlirdi. Amma o buna baxmayaraq, B seriyasında oynamağı seçdi. Bu, çox şeydən xəbər verir”.

Sözügedən mükafat 1998-ci ildən etibarən verilir.

C.Buffon bu ilin iyulun 25-də İtaliya millisinin idman direktoru təyin edilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 22:40 "Sabah" icarəyə verdi