COP29

“Mən millidən gedəndə heç kimin əvvəlcədən bundan xəbəri olmayacaq”

27 Avqust 15:20 Dünya futbolu 289
“Mən millidən gedəndə heç kimin əvvəlcədən bundan xəbəri olmayacaq”

“Əl-Nəsr”in hücumçusu və Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo yığmadakı karyerasını necə bitirməyi planlaşdırdığından danışıb.

Sportinfo.az NOW telekanalına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu verəcəyi qərarın ani olacağını söyləyib:

“Bu qərar həm kortəbii, həm də düşünülmüş olacaq, lakin bu barədə əvvəlcədən heç kimin xəbəri olmayacaq. Milli komandanın rənglərini təmsil etməkdən hədsiz qürur duyuram.

Bu, gerçəkləşən bir arzudur! Ona görə də, Portuqaliya millisindən ayrılmaq qərarına gələndə heç kimə əvvəlcədən xəbərdarlıq etməyəcəm.

Bu, mənim tərəfimdən çox kortəbii, həm də çox düşünülmüş qərar olacaq”.

Bundan əvvəl Ronaldonun “Əl-Nəsr”dəki maliyyə durumundan narazı olduğu məlum olub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var