COP29

Həftəlik 20 milyon avroya yaxın maaşdan imtina edib! - MESSİ

26 Avqust 22:00 Dünya futbolu 657
Həftəlik 20 milyon avroya yaxın maaşdan imtina edib! - MESSİ

“Əl-Hilal” ötən yay argentinalı hücumçu Lionel Messiyə inanılmaz müqavilə təklif edib.

Sportinfo.az “Fox Sports”-a istinadən xəbər verir ki, Messi Səudiyyə Ərəbistanı klubunun təklif etdiyi 15-20 milyon avro olacaq həftəlik maaşdan, həmçinin bonuslar nəzərə alınmaqla bir milyard avroya çata biləcək illik qazancdan imtina edib.

Messinin “Barselona”dakı keçmiş komanda yoldaşları Neymar və Malkolm Səudiyyə Ərəbistanı komandasında çıxış edirlər. Argentinalı forvard hazırda “İnter Mayami”də forma geyinir.

“Əl-Hilal” ötən mövsüm həm ölkə çempionatının qalibi, həm də Səudiyyə Ərəbistanı Kral kubokunun qalibi olmaqla “qızıl dubl”a imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var