COP29

Komandası uduzdu, Ronaldo mükafatlandırma mərasiminə qayıtmadı

19 Avqust 10:20 Dünya futbolu 486
Komandası uduzdu, Ronaldo mükafatlandırma mərasiminə qayıtmadı

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo komandasının Səudiyyə Ərəbistanı Superkubokunda “Əl-Hilal”a 1:4 hesabı ilə məğlub olduğu oyundan sonra mükafatlandırma mərasimində iştirak etməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Essentially Sports” məlumat yayıb.

Ronaldo final fitindən dərhal sonra meydanı tərk edib və mükafatlandırma mərasiminə qayıtmayıb.

Superkubok matçında portuqaliyalı hücumçu 1 qol vurub.

39 yaşlı Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanını klubunda çıxış edir. 2023/2024 mövsümündə o, bütün turnirlərdə 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar ötürmə edib.

Həmçinin forvard Səudiyyə Ərəbistanı Pro Liqasında 35 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…