COP29

"Onların belə matçlarda qalib gəlməyə qadir olduğunu bilirik"

13 Avqust 22:00 Dünya futbolu 1 452
"Onların belə matçlarda qalib gəlməyə qadir olduğunu bilirik"

“Real”ın baş məşqçisi Karlo Ançelotti “Atalanta” ilə UEFA superkuboku matçından gözləntilərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı oyunöncəsi mətbuat konfransında onların belə matçlarda qalib gəlməyə qadir olduğunu bildirib:

“Atalanta” burada olmağa layiqdir, onlar fantastik mövsüm keçirmiş əla komandadır. Avqustun 14-də ən yaxşı komanda olacağımıza ümid edirik. O

nların belə matçlarda qalib gəlməyə qadir olduğunu bilirik, ona görə də rəqibimizə hörmət edirik. Onlar özünəməxsus şəkildə oynayan təhlükəli komandadır”.

“Atalanta” ötən mövsüm finalda Leverkuzen “Bayer”ini 3:0 hesabı ilə məğlub edərək, Avropa Liqasının qalibi olub. “Real” isə Çempionlar Liqasının qalibi adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…