COP29

"Nə edəcəyini bilmirsən, bu adam heç vaxt heyrətləndirməkdən əl çəkmir"

23 İyul 00:20 Dünya futbolu 613
"Nə edəcəyini bilmirsən, bu adam heç vaxt heyrətləndirməkdən əl çəkmir"

“Mançester Yunayted”in sabiq hücumçusu Erik Kantona 2024-cü il Avropa çempionatında parlayan ispaniyalı vinger Lamin Yamalın oyunu haqda fikirlərini bölüşüb.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu, Yamalın mükəmməl meydanı görmə qabiliyyətinə və texnikaya malik olduğunu bildirib:

“İspaniya millisinin oyunu xoşuma gəldi. Yamal kimi oyunçunun heyətdə olması əladır.

Onun meydanda nə edəcəyini heç vaxt bilmirsən. Bu adam heç vaxt heyrətləndirməkdən əl çəkmir.

O, mükəmməl meydanı görmə qabiliyyətinə və texnikaya malikdir. Mən onu izləməyi xoşlayıram”.

Yamal Avropa çempionatının ən yaxşı gənc oyunçusu seçilib O, turnirdə 1 qol vurub, 4 məhsuldar ötürmə edib.

17 yaşlı futbolçu “Barselona”da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?