COP29

"Ronaldo top oyunçu və güclü şəxsiyyətdir, amma mən Messiyə üstünlük verirəm"

22 İyul 00:20 Dünya futbolu 273
"Ronaldo top oyunçu və güclü şəxsiyyətdir, amma mən Messiyə üstünlük verirəm"

“Milan”ın sabiq müdafiəçisi Paolo Maldini hücumçular Kriştiano Ronaldo və Lionel Messi arasında seçim edib.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, o, Messini Ronaldodan daha üstün hesab etdiyini bildirib:

“Mən Ronaldonu da, Messini də yaxşı tanıyıram. Hər ikisi son illərdə ardıcıl olaraq “Qızıl top”u qazanıb.

Mənim fikrimcə, Lionel Kriştianodan üstündür. Ronaldo top oyunçu və güclü şəxsiyyətdir, amma mən Messiyə üstünlük verirəm”.

Qeyd edək ki, Lionel Messi karyerası ərzində 8 “Qızıl top” qazanıb və bu göstərici üzrə rekordçudur. Ronaldo da öz növbəsində 5 dəfə “Qızıl top”a layiq görülüb.

2018-ci ilin avqustunda Maldini “Milan”ın inkişaf üzrə direktoru təyin edilmişdi, bir il sonra isə texniki direktor vəzifəsini almışdı.

İtalyan mütəxəssis 2022-ci il Golden Boy Mükafatlarında "Ən yaxşı Avropa meneceri" kateqoriyasını qazanıb. 2023-cü ilin iyununda Maldini “Milan”ın texniki direktoru vəzifəsini tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?