COP29

Prezident idman nazirinin müavinini işdən qovdu - Messiyə görə

18 İyul 18:40 Dünya futbolu 366
Prezident idman nazirinin müavinini işdən qovdu - Messiyə görə

Argentina prezidenti Xavyer Miley ölkənin idman nazirinin müavini Xulio Qarronu vəzifəsindən azad edib.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb onun millinin kapitanı Lionel Messini Fransaya yönəlmiş irqçi şüarlara görə üzr istəməyə çağırması olub.

“Heç bir hökumət Argentina milli komandası, dünya çempionu və ikiqat Amerika Kuboku çempionu və ya hər hansı digər vətəndaş üçün nə edəcəyi barədə göstəriş verə bilməz.

Bu səbəbdən Xulio Qarro Argentinanın idman nazirinin müavini vəzifəsindən azad edilir” - deyə Prezident Departamentinin bəyanatında deyilir.

Qeyd edək ki, Argentina milli komandasının oyunçuları 2024-cü il Amerika Kubokunun finalında Kolumbiya üzərində qazandıqları qələbədən (1:0) sonra irqçi fikirlər səsləndiriblər.

Qarro isə müsahibəsində milli komandanın kapitanı və Argentina Futbol Federasiyasının prezidentinin bu vəziyyətə görə üzr istəməli olduğunu bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?