COP29

“Bilmirəm, amma komandamız heyrətləndirməkdən əl çəkmir”

15 İyul 18:20 Dünya futbolu 451
“Bilmirəm, amma komandamız heyrətləndirməkdən əl çəkmir”

Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandasının Amerika kubokunda qazandığı qələbəni şərh edib.

Sportinfoaz “TyC Sports”-a istinadən xəbər verir ki, o, komandanın çıxışından razı qaldığını bildirib:

“Bir yeni eranı qeyd edirik, bilmirəm, amma komandamız heyrətləndirməkdən əl çəkmir. Çətinliklər qarşısında yenidən ayağa qalxırıq.

İlk hissəni yaxşı keçirmədik, amma ikinci hissədə yaxşılaşdıq və qələbəyə layiq idik. Sonra isə əlavə vaxtda komanda həmişə yaxşılaşır.

Bu komandanın oyununu izləmək xoşdur. Futbolçulara sonsuz minnətdaram.

Ehtiyat oyunçular skamyasında Lautaro Martinesin şansının olacağını söylədik və o, bunu əldə etdi”.

Skaloninin komandası iyulun 15-də turnirin finalında Kolumbiya yığmasına qalib gəlib (1:0). Yeganə qolu 112-ci dəqiqədə Lautaro Martines vurub.

Argentina millisi 16-cı dəfə Amerika kubokunun qalibi olub və 15 kuboku olan Uruqvayı qabaqlayaraq, turnir rekordçusu olub. Braziliya üçüncüdür (9).

Digər Xəbərlər
Xəbər Lenti