COP29

“O, böyük qardaşdır, hamımız fəxr etməliyik ki, belə bir kapitanımız var”

7 İyul 12:45 Dünya futbolu 1 970
“O, böyük qardaşdır, hamımız fəxr etməliyik ki, belə bir kapitanımız var”

Argentina millisinin yarımmüdafiəçisi Rodriqo de Paul Lionel Messinin 2024-cü ildə Amerika kubokunda komandanın oyununa verdiyi töhfə ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, argentinalı Messinin zədəsini tez sağaltmaq üçün çox çalışdığını gördüyünü bildirib:

“Lionel bizimlə meydana çıxa bilmək üçün böyük fədakarlıq edir. Onun zədəsini tez sağaltmaq üçün çox çalışdığını gördüm.

Messi bizim üçün böyük qardaş kimidir. O, komandaya güvən verir. Hamımız fəxr etməliyik ki, belə bir kapitanımız var”.

Argentina millisi Amerika kubokunun 1/4 finalında Ekvadoru penaltilər seriyasında məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 19:30 Çək və bizə göndər!
5 Oktyabr 11:20 Çox qazanacaqsız!
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu
5 Oktyabr 04:00 Qapmıza 6 qol vurdular
5 Oktyabr 02:40 Qazaxıstana məğlub olduq
5 Oktyabr 02:30 Nə vaxt qayıdacaqlar?