COP29

“Bu komanda ilə yolu başa vurmaqdan hələ çox uzaq idik”

6 İyul 21:40 Dünya futbolu 381
“Bu komanda ilə yolu başa vurmaqdan hələ çox uzaq idik”

Zədə səbəbindən 2024-cü il Avropa çempionatında oynamayan avstriyalı müdafiəçi David Alaba yığma komandanın 1/8 final mərhələsində mübarizəni dayandırmasını şərh edib.

Sportinfo.az xarici KİV-ə istinadən avstriyalı futbolçu böyük dəstəyə görə azarkeşlərə təşəkkür edib:

“Komandanın yaxşı çıxışının qələbə ilə mükafatlandırılmaması təəssüf doğurur. Amma demək istəyirəm ki, biz bu komanda ilə yolu başa vurmaqdan hələ çox uzaq idik.

Böyük dəstəyə görə azarkeşlərə təşəkkür edirəm. Gəlin, birlikdə davam edək”.

Avstriyanı 1/8-də mübarizədən kənarlaşdıran Türkiyə millisi AÇ-2024-də Niderland yığması ilə qarşılaşacağı 1/4 finala yüksəlib. Oyun bu gün saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti