COP29

Avtoqol etdi, milli karyerasını bitirdi: “Biz sənin üçün darıxacağıq”

5 İyul 21:40 Dünya futbolu 693
Avtoqol etdi, milli karyerasını bitirdi: “Biz sənin üçün darıxacağıq”

37 yaşlı müdafiəçi Yan Vertongen Belçika millisindən ayrılmağa qərar verib.

Sportinfo.az xəbər verir ki, bu barədə Belçika millisinin mətbuat xidməti məlumat yayıb:

“Məşq zamanı və futbol meydançasında əsl “qırmızı şeytan” olmağın nə demək olduğunu göstərdin. Yan, biz sənin üçün darıxacağıq”.

Vertongen 2007-ci ildən millinin rənglərini qoruyurdu. Ümumilikdə o, millidə 157 oyun keçirib və 10 qol vurub.

Belçika yığması AÇ-2024-də Fransaya 0:1 hesablı məğlubiyyətlə 1/8 finalda mübarizəni dayandırıb. Matçın taleyini 85-ci dəqiqədə Vertongenin avtoqolu həll edib.

Vertongen 2024-cü il Avropa çempionatından kənarlaşdırıldıqdan sonra milli komandanı tərk edib.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq