COP29

Futbolda belə hallar nadir hallarda olur: Eyni epizod, 54 il fərq - FOTOLAR

5 İyul 00:20 Dünya futbolu 463
Futbolda belə hallar nadir hallarda olur: Eyni epizod, 54 il fərq - FOTOLAR

Türkiyə-Avstriya matçının 90+5-ci dəqiqəsində etdiyi kritik qurtarışla gündəmə gələn türk futbolçu Mert Günok 1970-ci il Dünya Kubokunda adını tarixə yazdıran qolkiper Qordon Banksa bənzədilib.

Sportinfo.az xəbər verir ki, bu barədə dünya şöhrətli futbolçu Pelenin rəsmi instaqram hesabında paylaşım edilib.

Qeyd olunub ki, futbolda belə hallar nadir hallarda təkrarlanır:

“1970-ci il Dünya Kubokunda Pelenin mükəmməl baş zərbəsi qarşısında tarixi qurtarış edən əfsanəvi qapıçı Qordon Banksı hörmətlə anırıq.

AÇ-2024-ün bu gözəl, son dəqiqə müdafiəsinə təşəkkür etməyə bilməzdik. Qələbə münasibətilə Türkiyənin növbəti mərhələyə keçməsinə zəmanət verən Mert Günoku və bütün türkləri təbrik edirik!”

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik də Türkiyə millisi ilə keçirilən matçdan sonra qolkiperi əfsanəvi qapıçı Qordon Banksla müqayisə edib.


Digər Xəbərlər
Xəbər Lenti