COP29

Messi “qol orucu” tutdu, bunu 2011-ci ildən sonra ilk dəfə yaşadı

30 İyun 20:25 Dünya futbolu 532
Messi “qol orucu” tutdu, bunu 2011-ci ildən sonra ilk dəfə yaşadı

Argentina millisi Amerika kubokunun qrup mərhələsində keçirdiyi hər üç matçda heç bir qol buraxmadan qalib gəlib.

Lionel Skaloninin komandası Kanada (2:0), Çili (1:0) və Perunu (2:0) məğlub edib.

Sportinfo.az xəbər verir ki, Lionel Messi son iki oyunda bir dəfə də qol vurmayıb (bir matçı zədə səbəbindən buraxıb), cəmi bir məhsuldar ötürmə edib.

Messi 2011-ci ildən sonra ilk dəfə böyük turnirin qrup mərhələsini qol vurmadan başa vurub.

İndi Argentina millisi Amerika kubokunun 1/4 final mərhələsinə hazırlaşacaq. Messinin sağalmağa vaxtının olub-olmayacağı hələ də bəlli deyil.

Digər Xəbərlər
Xəbər Lenti