COP29

İndi bütün dünya 89 yaşlı bu qocadan danışır - VİDEO

29 İyun 03:00 Dünya futbolu 673
İndi bütün dünya 89 yaşlı bu qocadan danışır - VİDEO

89 yaşlı Almaniya vətəndaşı Rayner Spankux diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, o, bu yaşında Almaniyada keçirilən Avropa çempionatında könüllü olaraq işləyir.

Spankux hazırda turnirdə fəaliyyət göstərən ən yaşlı əməkdaşdır.

“Mən 2006-cı ildə burada keçirilən Dünya Çempionatında könüllü kimi işləməyə başladım. Leypsiqdəki görüşlərdə könüllü kimi fəaliyyətdə idim.

Təqaüd yaşına çatanda da işimə davam etmək, nəsə etmək, insanların arasında olmaq istəyirdim. Bu, məni bu gün etdiklərimə gətirib çıxardı.

2006-cı ildən bəri demək olar ki, hər il müxtəlif tədbirlərdə işləmişəm. Adətən ildə 6-7 tədbir keçirilir. Mən həmçinin "Leypsiq" klubunda könüllü kimi işləyirəm.

Qonaqları qəbul etmək və onların səfər matçlarına avtobusla yollanmasına şərait yaradıb, müşayiət etmək məsuliyyətini daşıyıram.

Ən əsası xalqla, azarkeşlərlə əlaqədir. Bu, ruhlandırıcı və gözəl təcrübədir. İndi yerlilərin də əhval-ruhiyyəsi yüksəkdir. Mən bunu bir könüllü kimi hiss edirəm. Almaniya turnirdə irəlilədikcə, daha da yaxşılaşacaq”.

Rayner Spankux bütün dünyanın diqqət mərkəzindədir. Onun fəaliyyəti Avropa çempionatını izləmək üçün Almaniyaya yollanan aparıcı KİV-lər tərəfindən işıqlandırılır.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?