COP29

“Bir gündə komanda qurmaq mümkün deyil” – Millinin baş məşqçisi

28 İyun 22:00 Dünya futbolu 492
“Bir gündə komanda qurmaq mümkün deyil” – Millinin baş məşqçisi

Qrup mərhələsinin ilk turunda Kosta-Rika ilə qolsuz heç-heçə edən Braziliya millisi Amerika kubokuna uğursuz başlayıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya millisinin baş məşqçisi Dorival Junior düzgün istiqamətdə olduqlarını bildirib:

“Əlbəttə, ilk matçda fərqli nəticə gözləyirdik, amma oyunun məzmununa da baxmaq lazımdır. Gördüyümüz işlərə tam əminəm.

Bizim işimiz yeni başlayıb, amma əminəm ki, düzgün istiqamətdəyik.

Sakit qalmalıyıq və özümüzə inamlı olmalıyıq. Daim şübhə etsəz, heç nəyə nail olmayacaqsız. Bir gündə komanda qurmaq mümkün deyil”.

Braziliya millisi iyunun 29-da Uruqvayla qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək