COP29

“Söz verdik və bunu yerinə yetirdik” – Məşhur atanın oğlu

27 İyun 21:40 Dünya futbolu 578
“Söz verdik və bunu yerinə yetirdik” – Məşhur atanın oğlu

Rumıniya millisinin yarımmüdafiəçisi Yanis Haci AVRO-2024-də Slovakiya ilə heç-heçəni (1:1) şərh edib.

Sportinfo.az xəbər verir ki, UEFA-ya danışan 25 yaşlı futbolçu komandasının pley-off mərhələsinə çıxması haqda bunları deyib:

"Göstərdiyimiz futbola görə fəxr edirəm. Söz verdik və bunu yerinə yetirdik. Əsas heyətdə oynamaq mənim üçün böyük məsuliyyət idi.

Bu, hamımız üçün reallığa çevrilmiş xəyal kimidir. Mən atamın yolunu davam etdirdiyim üçün çox xoşbəxtəm. Rumıniya üçün tarixi məqamdır".

Yanis Rumıniya millisinin sabiq kapitan Georgi Hacinin oğludur. O, hazırda "Reyncers"ə məxsusdur və son mövsümü "Alaves"də icarə əsasında çıxış edib.

Əlavə edək ki, Rumıniya 1/8 finalda Niderland millisi ilə qarşılaşacaq. Qarşılaşma iyulun 2-də baş tutacaq və oyuna 20:00-da start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək