COP29

“Futbol çox dəyişib” – Bu dəfə Messi şikayətləndi

25 İyun 00:10 Dünya futbolu 1 162
“Futbol çox dəyişib” – Bu dəfə Messi şikayətləndi

“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi futbolun son illərdə necə dəyişdiyindən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı forvard futbolun çox dəyişdiyini deyib:

“Futbol çox dəyişib. Bu gün hər şey çox taktikidir, hətta həddindən artıq taktikaya yer verilir.

Bu gün dörd oyunçudan ibarət iki cərgə və ya beş müdafiəçidən ibarət istənilən komanda yaxşı təşkil olunubsa və koordinasiya edilirsə, işinizi çətinləşdirir.

Əvvəllər oynamaq üçün daha çox yer var idi. Bu gün futbolda daha çox taktikaya və daha çox fiziki keyfiyyətə üstünlük verilir”.

Argentina millisi Amerika kubokunun ilk oyununda Kanadaya 2:0 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti