COP29

"Ronaldo həmişə oynamalı və start heyətində olmalıdır"

21 İyun 22:00 Dünya futbolu 1 271
"Ronaldo həmişə oynamalı və start heyətində olmalıdır"

Portuqaliya millisinin sabiq vingeri Rikardo Kuarejma Kriştiano Ronaldo haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı keçmiş futbolçu “Əl-Nəsr”in 39 yaşlı hücumçusunun həmişə millinin start heyətində yer almalı olduğunu bildirib:

“Kriştiano Ronaldo həmişə oynamalı və start heyətində olmalıdır. Onun yanında oynayanda matça münasibət başqadır”.

Portuqaliya yığması AÇ-2024-ün ilk oyununda Çexiyaya 2:1 hesabı ilə qalib gəlib.

Qrup mərhələsinin 2-ci turunun iyunun 22-də keçiriləcək görüşündə portuqaliyalılar Türkiyə millisi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?