COP29

Futbolda ilk dəfə çəhrayı kart göstəriləcək - Beyin sarsıntısı keçirənlər üçün

20 İyun 21:40 Dünya futbolu 357
Futbolda ilk dəfə çəhrayı kart göstəriləcək - Beyin sarsıntısı keçirənlər üçün

Futbolda beyin sarsıntısı keçirən oyunçular üçün çəhrayı kart göstəriləcək.

Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə qərarı Cənubi Amerika Futbol Konfederasiyası təsdiqləyib.

Bildirilib ki, beyin sarsıntısı keçirən və ya ciddi zədə aldığı düşünülən oyunçular matça qayıda bilməyəcək. Bu halda futbolçu həkimlər tərəfindən yalnız paltardəyişmə otağına aparılacaq.

CONMEBOL bu qərarın ilk dəfə Amerika Kubokunda tətbiq ediləcəyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti