"Əl-Nəsr"in (Səudiyyə Ərəbistanı) ulduzu Kristiano Ronaldo müqaviləsini uzada bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, rəhbərlik hücumçunu 2026-ci ilə qədərklubda saxlamaq fikrindədir.
Ronaldonun hazırkı müqaviləsi 2025-ci ildə başa çatır. O, bu mövsüm Səudiyyə Ərəbistanı çempionatında 28 oyuna çıxıb, 33 qol vurub.