COP29

"Orada xaos hökm sürür, heç kim heç kimə cavabdeh deyil"

28 Fevral 15:40 Dünya futbolu 440
"Orada xaos hökm sürür, heç kim heç kimə cavabdeh deyil"

“Əl-Hilal”ın baş məşqçisi Jorje Jesus dünya futbolunun gələcəyinin Səudiyyə Ərəbistanından niyə asılı olduğunu açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, bunları deyib:

“Dünyanın gələcəyi Avropada deyil, bu hissələrdədir. Orada xaos hökm sürür, heç kim heç kimə cavabdeh deyil.

Amma bu, idman deyil, siyasi faktordur. Quruluşda böyük fərq tapdım.

Biz həddindən artıq isti olan bir ölkədəyik. Stadionlara gedin və meydançaların keyfiyyətinə baxın.

Qazonlar qolf meydançalarına bənzəyir. Tamaşaçılar üçün hər cür şərait yaradılıb. Ər-Riyad hər gün böyüyən fantastik bir şəhərdir”.

Portuqaliyalı mütəxəssis məşqçilik karyerası ərzində “Benfika”, “Sportinq”, “Braqa”, “Flamenqo” kimi komandalarda da çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?