FİFA 2022/2023 mövsümünün ən gözəl qola görə verilən Puşkaş mükafatına namizədlərin adlarını açıqlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Azarkeşlər FİFA-nın rəsmi saytında namizədə səs verə biləcəklər.
Puşkaş mükafatına namizədlərin siyahısı:
- Alvaro Barreal: “Sinsinnati” – “Pittsburq” (ABŞ Açıq Kuboku);
- Linda Kaysedo: Kolumbiya – Almaniya (Qadınlar arasında dünya çempionatı);
- Julio Enkiso: “Brayton” – “Mançester Siti” (İngiltərə Premyer Liqası);
- Sonq Jin Kanq: İordaniya U20 – Koreya Respublikası U20 (U20-Asiya kuboku);
- Sem Kerr: Avstraliya – İngiltərə (Qadınlar arasında dünya çempionatı);
- Brian Lozano: “Atlas” – “Amerika” (Liqa MX Klausura – Meksika);
- Gilyerme Maduqa: “Novorizontino” – “Botafoqo” (B Seriyası, Braziliya);
- İvan Morante: “İbiza” – “Burqos” (Sequnda, İspaniya);
- Nuno Santos: “Sportinq” – “Boavişta” (Primeyra, Portuqaliya);
- Asxat Tagybergen: Qazaxıstan – Danimarka (AÇ-2024-ün seçmə mərhələsinin oyunu);
- Beatriz Zaneratto: Braziliya – Panama (Qadınlar arasında dünya çempionatı)