Argentinalı hücumçu Lautaro Martinez yığmadakı qolların sayına görə əfsanəvi Dieqo Maradonaya çatıb.
Sportinfo.az xəbər verir ki, futbolçu bunu DÇ-2026-nın seçmə mərhələsində Peru ilə oyunda gerçəkləşdirib.
Matçın 55-ci dəqiqəsində hesabı açan 27 yaşlı futbolçu qollarının sayını 32-yə çatdırıb.
Hazırda Argentina millisində ən çox qol vuranların siyahısına Lionel Messi (112) başçılıq edir.
Argentina - Peru matçı “tanqoçular”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.