"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən "Elfsborq" (İsveç) futbolçusu Cəlal Abdullai ilə müqavilə müddətini artırıb.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qanalı hücumçu 2028-ci ilə qədər Buros təmsilçisinin şərəfini qoruyacaq.
"Sarı-qaralar"ın heyətində 36 oyun keçirən C.Abdullai 12 qola imza atıb.
"Qarabağ" "Elfsborq" ilə 2025-ci il, yanvar 23-də səfərdə qarşılaşacaq.