Premyer Liqanın ilk iki dövrəsi ən böyük sürprizini «Araz-Naxçıvan» etdi.
Muxtar Respublikanın təmsilçisi 16 tur məğlubiyyət üzü görmədi və turnir cədvəlinin zirvəsi uğrunda mübarizə apardı.
Heç şübhəsiz, sezonun ən şanssız annı haqda danışsaq, yenə «Araz» yada düşəcək. Liqanın 17-ci turunda «Sabah»la üz-üzə gələn «ağ-qırmızılar» uğurlu seriyanı davam etdirməyə çalışdı, fəqət…
İkinci hissənin ortasında qaçırılan epizod oyunun axarını 180 dərəcə dəyişdi və yenilgi ilə barışdılar.
Təqdim etdiyimiz videodan görünür ki, Tellur Mütəllimov «Sabah»ın xilası naminə özünə necə oda-közə vurur.
O, iki braziliyalının - öncə Felipe Santosun, ardınca Ramon Maçadonun yaxın məsafədən endirdiyi zərbənin qarşısını kəsir, topun qapı xəttini keçməsini əngəlləyir.
«Bayquşlar»ın yarımmüdafiəçisi super reaksiyası ilə mövsümün xilaskarları arasında yer almağa layiq olduğunu sübuta yetirdi.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN