Avropada DÇ-2026 həyəcanı başladı: İngilislər və finlər qazandı - NƏTİCƏLƏR

02:00 Dünya çempionatı 1 527
Avropada DÇ-2026 həyəcanı başladı: İngilislər və finlər qazandı - NƏTİCƏLƏR

2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsi start götürüb.

Sportinfo.az xəbər verir ki, ilk gündə G, H və K qruplarında 1-ci turun 6 matçı keçirilib.

Polşa Litva ilə matçda çətin qələbə qazanıb. İngiltərə isə Albaniyanı 2 cavabsız qolla üstələyib.

Azərbaycan millisi seçmə mərhələnin D qrupunda yer alıb. Bu qrupda oyunlar sentyabrın 5-də başlayacaq.

H qrupu

Kipr - San Marino - 2:0

Qollar: İoannis Pittas, 55, Andronikos Kakoullis, 86

Rumıniya - Bosniya və Herseqovina - 0:1

Qol: Armin Gigoviç, 14

G qrupu

Malta - Finlandiya - 0:1

Qol: Oliver Antman, 38

Qırmızı vərəqə: Kurt Şou, 78 (Malta)

Polşa - Litva - 1:0

Qol: Robert Levandovski, 81

K qrupu

Andorra - Latviya.- 0:1

Qol: Dario Sits, 58

İngiltərə - Albaniya - 2:0

Qollar:Maylz Luis-Skelli, 20, Harri Keyn, 77

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 08:00 Azərbaycana yaz gəldi