Minifutbol üzrə Azərbaycan millisi bu gün Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında ilk oyununa çıxacaq.
Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığma İraq ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
G qrupunda yer alan Azərbaycan millisi oktyabrın 29-da Misir, 31-də isə Küveytlə qarşılaşacaq.