İndoneziyada keçirilən 17 yaşadək oğlan futbolçular arasında dünya çempionatında finalçılar müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, Almaniya və Fransa həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Bundestim yarımfinalda Argentinaya (3:3, penaltilər seriyasında 4:3), Fransa isə Maliyə (2:1) qalib gəlib.
Final qarşılaşması dekabrın 2-də baş tutacaq.