![Bakıda keçiriləcək dünya çempionatının püşkatma mərasiminin tarixi bilindi](https://www.sportinfo.az/media/2025/02/07/0892a5b1-9310-36fe-b770-449e80c37975_850.jpg)
Bu il Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi martın 12-də baş tutacaq.
Sportinfo.az xəbər verir ki, "report"un əldə etdiyi məlumata görə, tədbirə mundialda çıxış edəcək yığmaların nümayəndələri ilə yanaşı, beynəlxalq minifutbol federasiyalarının rəsmi şəxsləri də dəvət olunub.
Püşkatma mərasiminin martın 12-də təşkil edilməsi təsadüfi deyil.
Belə ki, tədbirə dəvət alan şəxslər bir gün əvvəl Bakıda minifutbol üzrə Azərbaycan çempionatının final matçını izləyəcəklər.