
Azərbaycan millisinin DÇ-2026-nın qrup mərhələsindəki rəqiblərindən Fransa yığması həmin turnirə ciddi hazırlaşacaq.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, komanda Azərbaycan, Ukrayna və İslandiya ilə birgə yer aldığı qrupda yalnız birinciliyi hədəfləyir.
Bu da səbəbsiz deyil. Belə ki, dünya reytinqində 3-cü pillədə qərarlaşan fransızlar mundiala vəsiqə qazanacaqları təqdirdə final mərhələsinin püşkatması zamanı birinci səbətdə qərarlaşacaq:
“Bu, Didye Deşam və komandası üçün böyük stimuldur. Bu səbəbdən Kilian Mbappe və komanda yoldaşları istər Ukrayna, istər İslandiya, istərsə də Azərbaycanla matçlara final gözü ilə baxacaq.
UEFA Millətlər Liqasının iyunda keçiriləcək yarımfinal və final matçlarından çox DÇ-2026-nın seçmə mərhələsindəki mübarizə millimiz üçün daha vacibdir”.
Mllimiz Fransa ilə oktyabrın 10-da səfərdə, noyabrın 16-da isə evdə qarşılaşacaq.