
Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatının mükafatçısı olacaq hər komanda üçün 25 medal hazırlanıb.
Sportinfo.az xəbər verir ki,bu barədə "report"a Azərbaycan Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov məlumat verib.
O, medallarla bağlı detalları açıqlayıb:
"Medallar ölkəmizdə hazırlanıb. Çəkisi tam yadımda qalmayıb.
Diametri 8 sm-dir. Dünya Minifutbol Federasiyasının normativinə əsasən belədir.
Hər əyardan 25 ədəddir. Beynəlxalq qurum minimum bu qədər olmasını istəyib.
Amma komandalardan hansısa istəsə, yenidən sifariş verə bilərik".
Dünya çempionatı mayın 22-dən iyunun 1-dək keçiriləcək. Oyunlar Milli Gimnastika Arenasında baş tutacaq.