Azərbaycan DÇ-2026-da iştirak edəcəkmi? - Şansımız bu qədər imiş...

27 Mart 18:10 Dünya çempionatı 2 758
Azərbaycan DÇ-2026-da iştirak edəcəkmi? - Şansımız bu qədər imiş...

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində iştirak edən komandaların şansları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının da mundiala yüksəlmək ehtimalı bəlli olub.

Fernandu Santuşun yetirmələri D qrupunda Fransa, İslandiya və Ukrayna ilə mübarizə aparacaq.

Millimizin qrupda 1-ci yeri tutmaq şansı 0,43-ə bərabərdir. İkincilik şansı 6,42-dir.

Yığmamızın üçüncü olacağı 23,58 faizlə dəyərləndirilir. Sonuncu olmaq ehtimalı daha yüksəkdir – 69,57.

Bir sözlə, millimizin mundialda və ya pley-offda oynamaq imkanları 6,85, kənarda qalması isə 93,15 faizlə qiymətləndirilir.

Qrupun favoriti Fransa 83,96 faiz ehtimalla 1-ci olacaq. Ukraynanın 12,47, İslandiyanın 3,14 faiz şansı var.

Digər Xəbərlər
Xəbər Lenti