Seçmə mərhələdə I turun növbəti oyunları - DÇ-2026-də bu gün

22 Mart 16:55 Dünya çempionatı 313
Seçmə mərhələdə I turun növbəti oyunları - DÇ-2026-də bu gün

2026-cı il dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə I turun növbəti oyunları keçiriləcək.

Sportinfo.az xəbər verir ki, I, J və L qruplarında ümumilikdə 6 görüş baş tutacaq.

Günün ən erkən oyunu saat 18:00-da Lixtenşteyn və Şimali Makedoniya arasında oynanılacaq. 3 saat sonra Moldova Norveçi, Monteneqro isə Cəbəllütariqi sınağa çəkəcək.

Digər 3 matç isə saat 23:45-də start götürəcək.

I qrupu

21:00. Moldova - Norveç

23:45. İsrail - Estoniya

J qrupu

18:00. Lixtenşteyn - Şimali Makedoniya

23:45. Uels - Qazaxıstan

L qrupu

21:00. Monteneqro - Cəbəllütariq

23:45. Çexiya - Farer adaları

Digər Xəbərlər
Xəbər Lenti
22 Mart 18:10 Bu da Santusla İLK!