
Azərbaycanın DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda potensial rəqibləri olan Xorvatiya və Fransa Millətlər Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Split şəhərində baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında cavab görüşü martın 23-də baş tutacaq.
Bu cütün qalibi Ukrayna, İslandiya v Azərbaycanla birlikdə D qrupunda yer alacaq.
Xorvatiya – Fransa 2:0
Qollar: Budumir 26, Perişiç 45+1