Azərbaycanın rəqibi Kanada və Yeni Zelandiya ilə qarşılaşacaq

21 Mart 03:00 Dünya çempionatı 161
Azərbaycanın rəqibi Kanada və Yeni Zelandiya ilə qarşılaşacaq

2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunda Azərbaycan millisinin rəqibi olan Ukrayna Kanada Futbol Federasiyasının keçirəcəyi “Canadien Shield” adlı turnirində iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, bu ilin iyununda Torontoda keçiriləcək mini-turnirdə Sergey Rebrovun rəhbərlik etdiyi kollektiv Kanada (7 iyun) və Yeni Zelandiya (10 iyun) milliləri ilə qarşılaşacaq.

Dünya çempionatının seçmə mərhələsində Azərbaycan sentyabrın 9-da və oktyabrın 13-də Ukrayna ilə üz-üzə gələcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 11:30 Bir balaca cəld olun!
21 Mart 08:00 Azərbaycana yaz gəldi